ABŞ Rusiya və MDB ölkələrinə terrorçular göndərir?

ABŞ Rusiya və MDB ölkələrinə terrorçular göndərir?

Amerika Birləşmiş Ştatları terror aktları törətmək üçün Rusiya və digər MDB ölkələrinə silahlılar göndərmək niyyətindədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri fevralın 13-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti yayıb.

Belə ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti Amerika xüsusi xidmət orqanları tərəfindən terror fəaliyyətləri törətmək məqsədi ilə əcnəbi yaraqlılara təlim keçdiyini açıqlayıb.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin əldə etdiyi etibarlı məlumatlara görə, ABŞ ordusu Rusiya və MDB ölkələri ərazisində terror aktları həyata keçirmək üçün “İslam Dövləti” və “Əl-Qaidə” ilə əlaqəli cihadçı qruplardan yaraqlıları fəal şəkildə cəlb edir.

Bunu rus saytları yuxarı instansiyalara istisnadən yazırlar.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, qarşı tərəf Rusiyanın Şimali Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan insanların əməkdaşlığa cəlb edilməsinə xüsusi diqqət yetirirlər.

Qeyd olunur ki, ABŞ Rusiya ərazisinə transfer üçün artıq 60 nəfər hazırlayıb. Amerika kəşfiyyat orqanları kimisə casus kimi işə götürərkən onların Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak təcrübəsi olan terrorçulara üstünlük verirlər.

Deyilənlərə görə, 60 nəfərlik qrup hazırda Suriyanın cənubundakı Homs əyalətində, Amerikanın Tanf bazasında təlim keçirlər.

Rus saytlarının yazdığına görə, orada onlara əldəqayırma partlayıcı qurğuların hazırlanması və istifadəsi, eləcə də təxribat fəaliyyətinin aparılması öyrədilir. Bundan əlavə xarici diplomatik missiyalar da daxil olmaqla, yaxşı mühafizə olunan obyektlərə hücumların planlaşdırılmasına xüsusi diqqət yetirilir.

Yaraqlıların vəzifələrinə Rusiya və MDB ölkələri ərazisində diplomatlara, dövlət qulluqçularına, təhlükəsizlik işçilərinə və hərbçilərə qarşı silsilə terror aktları törətmək daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə