İspaniyada 6 mühacir həlak olub

Şimali Afrika sahillərindən İspaniyanın Kanar adalarına qeyri-qanuni köçdə 6 nəfər həyatını itirib.

SİA xəbər verir ki, Sahil Təhlükəsizlik qruplarının verdiyi açıqlamaya görə, son 24 saatda ümumilikdə 154 qanunsuz mühacir 4 fərqli qayıqla Kanar adalarına gedib.

Tenerife adasının cənub sahilində müdaxilə edilən ilk qayıqda 23 nizamsız mühacir yaxalanıb.

Mühacirlər səlahiyyətlilərə 9 gündür dənizdə olduqlarını və səyahət zamanı 6 nəfərin öldüyünü bildiriblər.

Rəsmilər Kanar adalarına gedən 154 qeyri-qanuni mühacirdən 17-nin qadın olduğunu və Qızıl Xaç qrupları tərəfindən ilk tibbi yardım göstərildikdən sonra sığınacaq mərkəzlərinə aparıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə