Türk Hava Yollarının təyyarəsi Hatay Hava Limanından İstanbula yola düşüb
Türk Hava Yollarının (THY) təyyarəsi (TK 6946) zəlzələdən sonra fəaliyyətini bərpa etmiş Hatay Hava Limanından İstanbula 91 sərnişinlə yola düşüb. SİA “TRT Haber” saytına istinadla xəbər verir ki, onların arasında həm zəlzələdən zərər çəkən insanlar, həm də İstanbula getmək istəyən axtarış-xilasetmə heyətinin nümayəndələri var.
Xatırladaq ki, THY təyyarəsi zəlzələdən sonra fevralın 12-də axşam saatlarında Hataya ilk uçuşunu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB