Zəlzələ 3 yaşlı uşağı valideynsiz qoyub

Zəlzələ 3 yaşlı uşağı valideynsiz qoyub

Kahramanmaraşda zəlzələ nəticəsində dağılan Hatayda piyada mütəxəssisi Çavuş Ahmet Eren Dizikaraoğlu və həyat yoldaşı İrem Dizikaraoğlu həyatını itirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından xilas edilən oğlu 3 yaşlı Girayın müalicəsi isə davam edir.

Mütəxəssis Çavuş Dizikaraoğlunun cənazəsi dəfn olunmaq üçün məmləkəti Sivasa gətirilib. Dizikaraoğlu üçün Yukarı Təkkə qəbiristanlığındakı Ayyıldız məscidində dəfn mərasimi keçirilib.

Dizikaraoğlunun yaxınları uzun müddət tabutun başında göz yaşı töküblər. Dizkaraoğlunun cənazəsi günorta namazından sonra Yukarı Təkkə qəbiristanlığında torpağa tapşırılıb. Həyat yoldaşı İrem Dizikaraoğlu Antakyada dəfn edilib. Uşaqları Girayın xəstəxanada müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə