Avstriya rusiyalı deputatları ATƏT-in iclasına buraxmamağa çağırıb?
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan 20 ölkənin nümayəndəsi Avstriyadan rusiyalı deputatları ATƏT Parlament Assambleyasının Vyanada keçiriləcək iclasına buraxmamağı tələb edib.
Müvafiq məktubu hazırlayan nümayəndə heyətləri arasında Fransa, Kanada, Böyük Britaniya, Polşa və Ukraynanın nümayəndələri də var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənədi ümumilikdə 81 nəfər imzalayıb.
Maraqlıdır ki, öz növbəsində ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter müraciəti imzalamayıb.
O, məsələnin Avstriya hakimiyyətinin əlində olduğunu bildirib.
Yeri gəlmişkən, Moskva ATƏT Parlament Assambleyasının fevralın 23-24-də keçiriləcək iclasına nümayəndələr, o cümlədən Avropa İttifaqı sanksiyaları altında olan 15 rusiyalı deputat göndərməyi planlaşdırır. Onların arasında Duma sədrinin müavini Pyotr Tolstoy və deputat Leonid Slutski də var.
Qeyd edək ki, fevralın 7-də ATƏT PA-nın Vyanada keçiriləcək sessiyasında iştirak etmək üçün Rusiyadan olan nümayəndə heyətinin üzvlərinə viza verməyə hazırdır. Amma Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Antonia Praunun sözlərinə görə, hakimiyyət Rusiya nümayəndələrinə məhdud sayda viza verməyə hazırdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının mənzil-qərargahı Vyanada yerləşdiyi üçün rəsmilər Avstriyanın qanuni olaraq ATƏT-ə üzv ölkələrin bütün nümayəndə heyətlərinə viza verməyə borclu olduğunu deyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB