Hatayda 160 saat dağıntılar altında qalan qadın və uşaq xilas edilib

Hatayda 160 saat dağıntılar altında qalan qadın və uşaq xilas edilib

Türkiyənin Hatay bölgəsində dağıntılar altından qadın və uşaq xilas edilib.

SİA-nın əldə etdiyi məlumata görə, xilasedici qruplar 50 yaşlı Mediha Hadbezi və 11 yaşlı Lena Maradiniyi 160 saat sonra xilas edərək səhiyyə işçilərinə təhvil veriblər.

Güclü dağıntılara səbəb olan zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə