İsveçrə bankı Rusiyanın 20 milyard dollarlıq aktivlərini dondurub

İsveçrə bankı Rusiyanın 20 milyard dollarlıq aktivlərini dondurub

İsveçrənin ikinci ən böyük bankı Rusiyanın təxminən 20 milyard dollarlıq aktivlərini dondurub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, təkcə “qara” siyahıdakı şəxslərin vəsaitlərinə təsir göstərməyib.

Beləliklə, “Sonntags Zeitung”un verdiyi məlumata görə, Rusiyanın 17,6 milyard İsveçrə frankı (təxminən 19 milyard dollar) dəyərində aktivləri “Credit Suisse” tərəfindən dondurulub.

Nəşrin məlumatına görə, indi İsveçrədə qeydə alınan bütün Rusiya aktivlərinin üçdə birindən çoxu dondurulub - bu, demək olar ki, 50 milyard dollardır.

Maraqlıdır ki, dondurmanın səbəbi bəlli deyil.

Qeyd edək ki, bu məbləğin yalnız 4,3 milyard dolları sanksiyalar altında olan insanlara məxsusdur.

Qalan vəsaitlər üçüncü ölkələrin sanksiya siyahılarında olan və ya Rusiya Mərkəzi Bankına məxsus olanlarla bağlıdır. Ona görə də onlar İsveçrə sanksiyalarına məruz qalmamalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə