Zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollar ziyan vurub?

Zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollar ziyan vurub?

Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10 faizi həcmində ziyan vurub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən xəbər verir.

Biznes qrupunun məlumatına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib.Zəlzələlərin nəticələri həm də ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına, əmək itkiləri isə Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq.

Qeyd olunur ki, konfederasiyanın təxminləri digər iqtisadçıların təxminlərindən yüksəkdir. Bir çox ekspertlər də razılaşırlar ki, indi fəlakətin son nəticələri barədə danışmaq tezdir.

Fevralın 8-də NTV-nin Türkiyə nəşri xəbər verib ki, Türkiyə birjası dağıdıcı zəlzələlərdən sonra türk şirkətlərinin səhmlərinin çaxnaşmaya məruz qalmaması üçün son 24 ildə ilk dəfə olaraq fevralın 14-ü axşama qədər ticarəti dayandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə