Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Péter Siyyarto bazar günü, fevralın 12-də Avropa Parlamentinin dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biri olduğunu bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri bunu Kossuth radiosunun efirində bildirib.
Siyyartonun sözlərinə görə, Avropa Parlamentinin bütün hərəkətləri, paradoksal olaraq, Avropa ölkələrinin xeyrinə deyil, zərərinə yönəlib.
Avropa Parlamentinin Avropaya kömək edəcək çox az bəyanat və qətnamələrini xatırladığını deyən macar nazir, bu qətnamə və bəyanatların adətən Avropaya zərər verirdiyini deyib.
Siyyarto əlavə edib ki, Avropa Parlamentinin bütün bu hərəkətləri, eləcə də korrupsiya qalmaqalları Avropa ölkələrində bu təşkilata etimadı “demək olar ki, sıfıra” endirib.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri yenə də Budapeştin əvvəlki kimi, enerji sektorunda anti-Rusiya sanksiyalarına qarşı olduğunu bildirib.
O, həmçinin Macarıstan Ukraynaya silah və sursat göndərməyəcəyini deyib.
Nazir, belə hesab edir ki, tərəflər arasında atəş dərhal dayandırılmalı və Moskva ilə Kiyev arasında sülh danışıqlarına nail olmaq lazımdır.
Xatırladaq ki, bundan əvvəl Macarıstan Zakarpatiyadakı macarlara təzyiq məsələsi həll olunmayana qədər Ukraynanın Avropa İttifaqına üzvlüyünü ratifikasiya etmək fikrində olmadığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB