ABŞ “Şimal axını”nda baş verən partlayışda əli olduğunu etiraf edib?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ hakimiyyətinin “Şimal axını”nın partladılmasındaiştirakını etiraf etdiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lavrov bu barədə “Vacib olanlardan danış” informasiya-maarifləndirici dərsə verdiyi müsahibədə bildirib.
“...Əslində, Amerika rəsmiləri “Şimal axını 1” və “Şimal axını 2”-də baş verən partlayışların onların işi olduğunu etiraf edirlər. İndi hətta bu barədə məmnuniyyətlə danışırlar”.-deyən Lavrovun sözlərinə görə, buna səbəb ABŞ-ın “boğaz sümüyünün”ə çevrilən Almaniya ilə Rusiya arasında yaxşı münasibətlər olub.
Rusiya xarici işlər nazirinin dediyinə görə, Birləşmiş Ştatlar son iyirmi və ya otuz il ərzində Rusiyanın Almaniya ilə çox yaxşı əməkdaşlıq etdiyindən pəjmürdə olub. Lavrova görə, əslində buna qısqanclıq da demək olar. Çünki Rusiyanın enerji resursları alman texnologiyasına əsaslanan güclü bir ittifaq yaranmışdı.
Xatırladaq ki, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar 2022-ci ilin sentyabrında baş verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB