Əgər Qərb mümkün qədər tez Kiyevə əlavə silah göndərməsə, Rusiya Ukrayna üzərində qələbə çalacaq. Qeyd edək ki, bunu Polşa prezidenti Anjey Duda bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Polşa lideri bu fikri bazar günü, fevralın 12-də Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
Fransız jurnalist Anjey Dudaya Ukraynadakı silahlı münaqişədə Rusiyanın qələbəsinin mümkünlüyünü soruşduqda o, bunu təsdiqləyib.
“Yaxın həftələrdə Ukraynaya hərbi texnika göndərməsək, Putin qalib gələ bilər. O, qalib gələ bilər və biz onun harada dayanacağını bilmirik”, - Polşa prezidenti bildirib.
Qeyd edək ki, bundan əvvəl məlum olub ki, bir qrup ABŞ konqresmeni prezident Co Bayden administrasiyasından “Ukraynaya maliyyə və hərbi yardımı” dayandırmağı tələb edən qətnamə təqdim edib.
...“Ukraynanın yorğunluğu ilə bağlı qətnamə” adlanan sənədi respublikaçı Mett Goetz və daha 10 konqresmen imzalayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB