Ukraynada AES-lərin bütün enerji blokları işləyir

Ukraynada AES-lərin bütün enerji blokları işləyir

Ukraynada yerləşən atom elektrik stansiyalarının bütün enerji blokları işləyir və elektrik enerjisi istehsal edir. SİA TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

“Dövlətin nəzarətində olan ərazidə yerləşən atom elektrik stansiyalarının bütün blokları - doqquz enerji bloku işləyir”, - nazirliyin teleqram kanalında belə yazılıb.

Qeyd edək ki, cümə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentlik raket zərbələri nəticəsində Xmelnitski AES-in enerji bloklarından birinin fəaliyyətinin dayandırıldığı barədə məlumat yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə