Hatayda ana və 5 yaşlı qızı 141 saat sonra xilas edildi

Hatayda ana və 5 yaşlı qızı 141 saat sonra xilas edildi

Zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda uçan 6 mərtəbəli binanın dağıntıları altında qalan ana və 5 yaşlı qızı 141 saatdan sonra dağıntılar altından çıxarılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın Antakya bölgəsində 6 mərtəbəli "Hüseyn Dönməz" mənzilində yaşayan ana və 5 yaşlı qızı zəlzələdən sonra binanın dağıntıları altında qalıb. 9 saatlıq xilasetmə işindən sonra ana və qızı zəlzələdən 141 saat sonra axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib.

Hadisə yerində olan sağlamlıq qruplarının ilk yardımından sonra ana və qızı xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə