Kahramanmaraşda baş verən zəlzələlər səbəbindən Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə Küveytdə başladılan yardım kampaniyasında təxminən 67 milyon dollar toplanıb. SİA xəbər verir ki, Küveyt dövlət televiziyasında saat 12:00-da başlayan və 12 saat davam edən kampaniyada 129 mindən çox insan və təşkilatın verdiyi yardım 67 milyon dolları keçib.
Kampaniyada birliklər, ictimai fondlar, qeyri-hökumət təşkilatları, özəl sektor və ictimaiyyət iştirak edib. Küveyt xarici işlər naziri Şeyx Səlim Abdullah əl-Cabir əs-Sabah ölkə televiziyasına verdiyi açıqlamada zəlzələ qurbanları üçün başladılan kampaniya çərçivəsində toplanan ianələrin Küveyt xalqının nəcibliyini ortaya qoyduğunu və iştirak edən hər kəsə təşəkkür etdiyini bildirib.
Nazir es-Sabah zəlzələnin ilk günündən Küveytin həm hökumət, həm də xalq olaraq zəlzələ qurbanlarına dəstək verdiyini və bunun Küveyt xalqı üçün adi bir vəziyyət olduğunu bildirib. Nazir Sabah Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha zəlzələ başlayandan zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə verdiyi bütün qərarlara görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB