Monteneqro Türkiyədə şiddətli zəlzələlərin baş verdiyi bölgələrdəki axtarış-xilasetmə işlərinə dəstək olmaqda davam edir. SİA xəbər verir ki, paytaxt Podqoritsadan 19, Nikşiç şəhərindən 11 nəfər olmaqla 30 nəfərlik ikinci axtarış-xilasetmə qrupu Türkiyəyə yola düşüb. Türkiyədəki axtarış-xilasetmə işlərini davam etdirən 28 nəfərlik ilk qrup isə Monteneqroya qayıdacaq.
Bundan başqa, Monteneqro hökuməti zəlzələ bölgələrinə 13 nəfərlik tibbi briqada göndərəcək.
Qeyd edək ki, Podqoritsadakı “Millennium” körpüsü Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB