İsveç ölkənin Şimali Atlantika Alyansına hərbi inteqrasiyası sahəsində dərin siyasət yürütmək niyyətindədir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Pol Yonsson deyib.
“Düşünürəm ki, imzalanacaq təxminən on beş akt var və biz İsveçin hərbi sahədə NATO-ya getdikcə daha dərin inteqrasiyasını görürük”, - deyə İsveç müdafiə nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl İsveçin baş naziri Ulf Kristersson ölkəsinin hələ də Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq istədiyini bildirib. Finlandiya mediası isə ölkənin İsveçsiz NATO-ya üzv olmağa hazır olduğunu yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB