On minlərlə insan Makronun istefasını tələb edib - AKSİYA

On minlərlə insan Makronun istefasını tələb edib - AKSİYA

Fransanın paytaxtında pensiya islahatına qarşı dördüncü ümummilli nümayiş keçirilir. Aksiyaya onminlərlə insan toplaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, respublika meydanından yürüşə başlayan nümayişçilər axşam saatlarında Millət Meydanına çatıblar. Yol boyu baş verən iştişaşlarda polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Aksiyanı Fransa həmkarlar ittifaqları təşkil edib. Tədbir iştirakçıları prezident Emmanuel Makronu istefaya çağıran bannerlər daşıyıblar. Onlar pensiya yaşının artırılmasının ləğvini tələb edən şüarlar səsləndiriblər.

Nümayişlər ölkənin hər yerində, o cümlədən Marsel, Lion, Bordo, Nantda keçirilib. Bütövlükdə şənbə aksiyalarında bir milyona yaxın insan iştirak edib.

Qeyd edək ki, yanvarın 10-da Fransa hakimiyyəti pensiya islahatı layihəsini təqdim edib. Sənəsə əsasən pensiya yaşının tədricən artırılması nəzərdə tutulur. 2030-cu ilə qədər onun 64 yaşa çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə