Ayətullah Əli Xamenei 70 min “məhbusu” əfv edir

Ayətullah Əli Xamenei 70 min “məhbusu” əfv edir

İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam İnqilabının ildönümü şərəfinə 70 min təqsirləndirilən və məhkum olunmuş şəxsi əfv edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Xales şənbə günü Aşqabadda İslam inqilabının ildönümü şərəfinə təşkil edilən ziyafətdə bildirib.

Maraqlıdır ki, 70 min “təqsirləndirilən və məhkum olunmuş” şəxsin əfvini mühüm məqam kimi diqqətə çatdıran səfir bunu dünya tarixində bənzərsiz və görünməmiş bir aksiya kimi təqdim edib.

Xatırladaq ki, İranda iğtişaşlar 2022-ci il sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, polis Əmini hicabını düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, “infarkt keçirib” və bu səbəbdən dünyasını dəyişib. Sosial şəbəkələrdə isə Əmininin polis tərəfindən döyüldüyü barədə məlumatlar yayılıb.

Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat yayıb və onun xəsarət almadığını bildirib. İran məhkəməsi bir neçə nümayişçini iğtişaşları qızışdırmaq və təhlükəsizlik qüvvələrinə hücum etmək ittihamı ilə edam cəzasına məhkum edib. İlk edam dekabrın 8-də həyata keçirilib və...indi də əfv...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə