Sunak Avropa İttifaqı ilə münasibət qurur?

Sunak Avropa İttifaqı ilə münasibət qurur?

Böyük Britaniyanın Baş naziri Rişi Sunak hökumət üzvlərindən Böyük Britaniya ilə Avropa İttifaqı arasında münasibətlərin bərpası üçün planlar hazırlamağı xahiş edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Bloomberg” yayıb.

Məqalə müəllifinin fikrincə, tərəflər arasında müdafiə və iqtisadi sahədə, eləcə də miqrasiya siyasəti məsələlərində daha sıx əməkdaşlıqdan danışmaq olar.

Ehtimal ki, əsas məsələlər arasında Şimali İrlandiya üçün ticarət sazişləri ilə bağlı mübahisənin həlli də ola bilər.

Xatırladaq ki, 2016-cı ildə krallıqda ölkənin Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirilib. Ölkə əhalisinin əksəriyyəti “Brexit” adlanan təşkilatdan çıxmağın tərəfdarı olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə