Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərə görə Rusiyanın Türkiyəyə dəstəyinin davam edəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Moskvada jurnalistlərə açıqlama verən Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiye Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərdiyini xatırladıb.
Rusiyanın bu fəlakətə görə Türkiyəyə dəstək verdiyini ifadə edən Dmitri Peskov deyib: “Rusiyanın bu dəhşətli zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatlarında necə fəal iştirak etdiyini bilirsiniz. Bu əməliyyatlar davam edəcək”.
Dmitri Peskov qeyd edib ki, Rusiya zəlzələdən zərər çəkən Suriyaya humanitar yardım göndərməyə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB