Fələstindən zəlzələdən zərər çəkənlərə 1 milyon dollarlıq dəstək

Fələstindən zəlzələdən zərər çəkənlərə 1 milyon dollarlıq dəstək

Fələstinin Vəqflər və Dini İşləri Nazirliyi Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə işğal altındakı İordan çayının qərb sahilindəki məscidlərdə cümə namazından sonra toplanan yardımın təxminən bir milyon dollara çatdığını açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Fələstinin Vəqflər və Din İşləri naziri Hatəm əl-Bekri cümə namazından sonra İordan çayının qərb sahilindəki məscidlərdə zəlzələdən zərər çəkənlər üçün 3 milyon 500 min şekel yəni təxminən (1 milyon dollar) yardım toplandığını bildirib. Bekri toplanan yardımlarla bağlı ətraflı açıqlama veriləcəyini qeyd edib.
Bekri fevralın 9-da verdiyi yazılı açıqlamada Fələstin prezidenti Mahmud Abbas və baş nazir Məhəmməd Ştiyyanın göstərişi ilə yardım kampaniyasının başladıldığını açıqlayıb.
Yardımların cümə namazından sonra kampaniya çərçivəsində toplanacağını ifadə edən Bekri Fələstinin Vəqflər Nazirliyinin kampaniya çərçivəsində zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə 100 min dollar yardım edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə