"Ukrayna Krıma tərəf boylansa, "güclü cavab" alacaq"

"Ukrayna Krıma tərəf boylansa, "güclü cavab" alacaq"

Krım parlamenti xalq diplomatiyası və komitəsinin rəhbəri Yuri Qempel, Ukrayna Silahlı Qüvvələrinin Krıma Britaniyanın uzaqmənzilli raketləri ilə zərbə endirmək cəhdinə “qüdrətli cavab” verəcəklərini və bu cavabın gücünün dəfələrlə böyük olacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Krım parlamentarisi Ukraynanın Krımdakı hədəfləri vurmaq üçün Britaniyanın uzaqmənzilli raketlərindən istifadə etməyə hazır olması ilə bağlı xəbərləri şərh edib.

“Onlar başa düşməlidirlər ki, Rusiya ərazisinə - Krıma zərbə endiriləcəyi təqdirdə cavab güclü olacaq və güc baxımından dəfələrlə üstün olacaq”-deyən Qempel əlavə edib ki, bu gün həm Qərbdə, həm də Kiyevdə Rusiyanın dost və balanslı siyasətini zəiflik əlaməti kimi qəbul etməklə, onlar böyük səhvə yol verirlər.

“Təcavüzkarı (?) öz yerinə qoymaq üçün kifayət qədər gücümüz və vasitələrimiz var. Krımlılar düşmənin bütün hücumlarına qarşı kifayət qədər qətiyyətlidirlər və öz ərazilərini, sülhü və rifahı müdafiə etməyə hazırdırlar”.

Krımlı deputat deyib bunu.

Maraqlıdır ki, ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krımı Ukraynanın bir hissəsi hesab etdiyi üçün ona zərbələr endirməsinə etiraz etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə