Qatillərdən qəhrəmanlar yaradanlar..?

Rusiyada bir çox yerli sakinlər "Vaqner"çilərin təntənəli dəfninə qarşı çıxırlar
Qatillərdən qəhrəmanlar yaradanlar..?

Bir müddət bundan əvvəl Rusiyanın Çita şəhərindən 300 km şimal-şərqdə yerləşən Jireken tayqa kəndi iki düşərgəyə bölünmüşdü. Belə ki, yerli hakimiyyət orqanları sakinlərin xahişi ilə Mədəniyyət evində “Vaqner” PMC tərkibində vuruşan mərhum döyüşçünün təntənəli vida mərasimini ləğv edib. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, mərhumun yaxınları bununla bağlı rayon rəhbərliyinə şikayət edib və bundan sonra kəndin başçısı Alena Koqodeyevanı “qəhrəmanın dəfni”ni təşkil etməyə məcbur etməyə çalışıblar.

Deməli, Jireken kəndindən olan 23 yaşlı Nikita Kasatkinin Ukrayna ilə müharibədə “Vaqner” PMC-yə cəlb olunaraq həlak olması barədə məlumat fevralın 8-i səhər saatlarında yerli ictimaiyyətdə və messencer qruplarında yayılıb.

Onu da qeyd edək ki, Nikita Kasatkin 2020-ci ildə qətlə görə 10 il müddətinə azadlıqdan məhrum edilib, lakin cəmi iki il cəza çəkə bilib. Belə ki, 2022-ci ildə “Vaqner” PMC ilə müqavilə bağladıqdan sonra koloniyadan azad edilib.

Yeri gəlmişkən, Rusiya əyalətlərində yerli sakinlərin “Vaqner”çilərin ölümündən sonra onlar üçün təntənəli vida mərasimi təşkil edilməsindən imtina etmələri birinci hal deyil

Xatırladaq ki, yanvarın 20-də Sverdlovsk vilayətinin Kamışlov rayonunda məmurlar oğurluğa görə cəza çəkən İvan Savkinin valideynlərinə oğlunu yerli Mədəniyyət Evində yola salmaqdan imtina ediblər. Anasının sözlərinə görə, ona deyiblər ki, xahişi yerinə yetirə bilməyəcəklər, çünki onun “oğlu dustaqdır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə