Hatay vilayətində baş verən zəlzələ böyük bir yarğan yaradıb

Hatay vilayətində baş verən zəlzələ böyük bir yarğan yaradıb

Türkiyənin Hatay vilayətində baş verən zəlzələdən sonra dərinliyi 30, eni isə təxminən 200 metr olan nəhəng bir yarğan əmələ gəlib və sahəsi 35 hektar olan zeytun bağını iki yerə bölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli kənd sakinlərinin sözlərinə görə, zəlzələ zamanı güclü partlayış səsləri eşidiblər və yaşıl işıq yandığını görüblər.

“Çox güclü partlayış oldu, görmədim, amma səs eşitdim. Səhər bu tərəfə baxanda təəssüf ki, bu tərəfdən belə bir xarabalıqlar gördük”, - deyə hadisə şahidlərindən biri bildirib.

Digər şahid isə zəlzələ zamanı gurultunun yaşıl tüstü ilə müşayiət olunduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə hakimiyyəti zəlzələlərin dağıdıcılığını 500 atom bombasının partlaması ilə müqayisə edib.

Xatırladaq ki, son məlumatlara görə, fevralın 6-da Türkiyədə baş vermiş 7,8 və 7,7 bal gücündə iki zəlzələ qurbanlarının sayı artıq 22 minə yaxınlaşmaqdadır. 80 mindən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə