Dağıntılar altında qalan ata və qızı zəlzələdən 132 saat sonra xilas edilib

Dağıntılar altında qalan ata və qızı zəlzələdən 132 saat sonra xilas edilib

Əsrin fəlakəti adlandırılan Kahramanmaraş zəlzələsinin altıncı günündə Qaziantep vilayətinin İslahiyə rayonunda 132-ci saat dağıntılar altında qalan ata və qızı xilas edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, xilasedicilər əvvəlcə dörd yaşlı qızı dağıntılar altından çıxarıblar. Bundan 10 dəqiqə sonra onun atası da xilas olunub.

Qeyd edək ki, Azərbaycan FHN-in xilasediciləri Kahramanmaraşda xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində zəlzələdən 128 saat sonra iki bacını – 8 yaşlı Tavillanı və 13 yaşlı Xədicəni dağıntılar altından çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə