Türkmənistan Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə Türkiyəyə yardım göndərməyə davam edir.
Türkmənistan Dövlət Televiziyasının yaydığı məlumata əsasən, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun göstərişi ilə qardaş türk xalqına tibbi və səhiyyə ləvazimatları, tekstil, ərzaq və müxtəlif qış geyimləri göndərilib.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əlavə, Prezident Sərdar Berdiməhəmmədov Səhiyyə və Əczaçılıq Sənayesi Nazirliyi, Tekstil Sənayesi Nazirliyi, Sənaye və Sahibkarlar İttifaqı və “Qızıl Aypara” Cəmiyyətinə əlavə humanitar yardımın davam etdirilməsi barədə göstəriş verib.
Xatırladaq ki, Türkmənistan fevralın 7-də humanitar yardım daşıyan təyyarəsini Türkiyəyə göndərmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB