"Moskva Kiyevlə ilkin şərt olmadan danışıqlara hazırdır"

"Moskva Kiyevlə ilkin şərt olmadan danışıqlara hazırdır"

Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin heç bir ilkin şərt olmadan, mövcud reallığı nəzərə alaraq...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Rusiya xarici işlər nazirinin müavini xatırladıb ki, müasir dünyada demək olar ki, bütün hərbi əməliyyatlar diplomatiya ilə başa çatır, lakin bu cür danışıqlar real vəziyyətə əsaslanmalıdır.

Rusiyalı diplomat qeyd edib ki, indi reallıq ondan ibarətdir ki, qərarları Kiyev deyil, Vaşinqton və Brüssel verir. Kiyev rejiminə Moskva ilə danışıqlar prosesinə başlamaq üçün şərtləri diktə edən Qərb tərəfdaşlarıdır.

“Əvvəla, danışıqlar artıq olub, Minski xatırlayırsınız, İstanbulu xatırlayırsınız. Yadınızdadır ki, Ukrayna tərəfi onlara müdaxilə edib, amma siz yaxşı bilirsiniz ki, qərar Kiyevdə deyil, qərar başqa paytaxtlarda, ilk növbədə Vaşinqtonda, Brüsseldə verilir. Ona görə də ora müraciət etmək lazımdır”-deyən Verşinin əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin dövründə Ukrayna münaqişəsinin həlli üçün danışıqların aparılması mümkünlüyü yalnız onun və onun ətrafının mövqeyindən asılıdır, Rusiya bu məsələdə öz mövqeyini çoxdan səsləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə