Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib.
SİA-nın əldə etdiyi məlumata görə, Kahramanmaraşda baş verən zəlzələdən sonra İran Türkiyəyə səhra xəstəxanası, tibbi heyət və humanitar yardım göndərib.
Yunanıstanın paytaxtı Afinada könüllülər zəlzələ qurbanları üçün bələdiyyə binasında yardım ləvazimatları toplayıblar. Qərbi Trakyadakı türklərin zəlzələdən zərər çəkənlərə yardımla bağlı səfərbərliyi davam edir.
İtaliyadan Türkiyəyə yardım aparan hərbi gəmi yola düşüb.
İspaniyanın paytaxtı Madriddəki vətəndaşlar topladıqları yardım ləvazimatlarını Türkiyəyə göndəriblər.
Türkiyenin Polşadakı səfirliyinin koordinasiyası ilə dünən ilk yük maşını paytaxt Varşavadan yola düşüb.
Hollandiyanın Baş naziri Mark Rutte Kahramanmaraşda baş verən zəlzələdən sonra Hollandiya Dini Vəqfinə tabe olan Rotterdam məscidini ziyarət edib və zəlzələdən zərər çəkənlərə göstərdikləri köməyə görə könüllülərə təşəkkür edib.
İngiltərənin paytaxtı Londonda İslami Yardım təşkilatının zəlzələ qurbanları üçün başlatdığı yardım kampaniyası çərçivəsində cümə namazından sonra Finsberi Park məscidində ianələr toplanıb. İngiltərə Baş naziri Rishi Sunak da yardım kampaniyasında iştirak edib.
Almaniyada Türk-İslam Dini Birliyinin topladığı yardım 18,5 milyon avroya çatıb.
İşğal altındakı İordan çayının qərb sahilindəki məscidlərdə başlanılan yardım kampaniyası çərçivəsində 1 milyon dollar toplanıb.
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken paytaxt Vaşinqtonda zəlzələdən zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatları üçün beynəlxalq səylərin əlaqələndirilməsi yollarını müzakirə ediblər. Nyu-York meri Erik Adams Bruklin rayonunda zəlzələdən zərər çəkənlər üçün yardımların toplandığı türk məscidinə baş çəkib və hər zaman başqa ölkələrə yardım edən Türkiyənin yanında olmaq istədiklərini deyib. ABŞ-ın əczaçılıq şirkəti Johnson & Johnson da 1 milyon dollar töhfə verəcəyini açıqlayıb.
Pakistanın Türkiyədəki səfiri Yusuf Cüneyd paytaxt Ankaranın Keçiören rayonunda qurulan yardım toplama mərkəzinə dəstək verib və yardım işlərində iştirak edib.
Qırğızıstan zəlzələdən zərər çəkənlər üçün toplanan humanitar yardımın ilk hissəsini göndərib.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun göstərişi ilə paytaxt Aşqabaddan qardaş türk xalqına tibbi və səhiyyə ləvazimatları, tekstil, ərzaq və müxtəlif qış geyimləri göndərilib.
Seneqal Türkiye Məzunları Dərnəyi və Türkiye-Seneqal İş Şurası Türkiyənin Dakardakı səfirliyi vasitəsilə nağd yardım edib.
İraqın Kərkük şəhərindəki bütün məscidlərdə Türkiyedə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası başladılıb.
Minlərlə Banqladeşli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) paytaxt Dəkkədəki ofisinə zəlzələ qurbanları üçün tonlarla yardım ləvazimatı gətirib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti ''Emirates'' Dubaydan İstanbula hava körpüsü yaradıb.
Çinin ''Guangzhou Logistics'' şirkəti tərəfindən başladılan kampaniya çərçivəsində zəlzələdən zərər çəkənlərə yardım toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



