Albaniya Türkiyədəki zəlzələ ilə bağlı milli matəm elan edib

Albaniya Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələlərlə əlaqədar fevralın 13-də milli matəm elan edib.
Albaniya Türkiyədəki zəlzələ ilə bağlı milli matəm elan edib

Albaniya Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələlərlə əlaqədar fevralın 13-də milli matəm elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Albaniyanın Baş naziri Edi Rama rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.
"Albaniya hökuməti fevralın 13-də Türkiyə-Suriya sərhədində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlər ilə əlaqədar milli matəm edilməsinə qərar verib. Biz analoji hadisə zamanı bizimlə olan dostumuz Türkiyə ilə həmrəyik'',-deyə Edi Rama paylaşımında vurğulayıb.
Edi Rama həmçinin bazar ertəsi günü dövlət qurumlarındakı bayraqların yarıyadək endiriləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə