“Vurulma əmrini ABŞ prezidenti Cozef Bayden verib”

“Vurulma əmrini ABŞ prezidenti Cozef Bayden verib”

Bu arada ABŞ hərbçiləri Alyaska ərazisi üzərində ölkənin hava məkanına daxil olan “yüksək hündürlükdə obyekti” vurublar. Qeyd edək ki, hadisə fevralın 11-i şənbə günü yaşanıb.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi, vurulan obyektin 12 kilometr yüksəklikdə uçduğunu və buna görə də ölkənin bu bölgəsində mülki aviasiyanın təhlükəsizliyini təhdid etdiyini açıqlayıb.

Amerikalı səlahiyyətlinin dediyinə görə, obyekt Kanada ilə sərhəddə döyüş təyyarələrinin köməyi ilə vurulub.

Onu da qeyd edək ki, obyektin məhv edilməsi əmrini ABŞ prezidenti Cozef Bayden verib.

Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinatorun sözlərinə görə, vurulan hava şarının kimliyi və məqsədi hələ müəyyən edilməyib. Lakin Kirbinin fikrincə, obyekti şar adlandırmaq tamamilə düzgün deyil, çünki o, bir neçə gün əvvəl Cənubi Karolinada vurulmuş Çin şarından qat-qat sadədir.

Yeri gəlmişkən vurulmuş şarın qalıqları ABŞ-ın ərazi sularında buzun üstünə düşüb və onlar hərbçilər tərəfindən toplanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə