İran çempionatının 19-cu turu çərçivəsində Təbrizin “Traktor” klubu ilə Tehranın “Həvadar” komandasının qarşılaşması zamanı güneyli idman müxbirinin türkcə danışmasına icazə verilməyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Güney azərbaycanlı aparıcı və şərhçi Məhəmməd Rəcəbi zəlzələ ilə bağlı yaranmış faciəvi şəraitə görə türkcə danışmaq istəsə də, buna icazə verilmədiyini deyib.
“İndi fasilədən istifadə edib sizinlə türkcə danışıram. Qəhrəman millətimizə demək istəyirəm ki, əl-ələ verib zəlzələdə dağılan evlərimizi yenidən tikəcəyik”, - deyə Rəcəbi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB