Zəlzələ nəticəsində ölənlərin sayı 20 665-ə çatdı

Zəlzələ nəticəsində ölənlərin sayı 20 665-ə çatdı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 20 665-ə yüksəlib.

SİA xəbər verir ki, dağıntılar altından 80 088 nəfər çıxarılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə