ABŞ prezidenti Cozef Bayden fevralın 20-dən 22-dək Polşaya səfər edəcək, həmkarı Anjey Duda və “Buxarest doqquzluğu” ölkələrinin prezidentləri (“Buxarest doqquzluğu” NATO ölkələri – Polşa, Rumıniya, Estoniya, Litva, Latviya, Slovakiya, Macarıstan, Bolqarıstan, Çexiya) ilə görüşəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
Onun sözlərinə görə, Bayden Polşa lideri ilə ikitərəfli əməkdaşlıq, həmçinin Ukraynanı dəstəkləmək və NATO-nun çəkindirmə imkanlarını gücləndirmək üçün birgə səyləri müzakirə edəcək.
Onun sözlərinə görə, Amerika lideri Rusiyaının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın ildönümü münasibətilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB