115 saat sonra dağıntılar altından gələn möcüzə

115 saat sonra dağıntılar altından gələn möcüzə

Türkiyədə episentri Kahramanmaraş olan zəlzələdən sonra axtarış-xilasetmə qruplarının mübarizəsi davam edir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, vətəndaşların dağıntılar altından çıxarılması üçün saatlarla davam edən mübarizədə möcüzələr baş verir.

Zəlzələnin böyük dağıntılara səbəb olduğu Adıyamanda möcüzə xəbəri 115 saat sonra gəlib. Polşa komandası ilə Türkiyə qruplarının birgə işi nəticəsində bir vətəndaş dağıntılar altından sağ olaraq çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə