Ermənistanda atışma hadisəsi baş verib

Ermənistanda atışma hadisəsi baş verib

İrəvanın Respublika meydanında - Ermənistan hökumətinin binası yaxınlığında atışma hadisəsi baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, asayiş keşikçiləri yolsuzluq avtomobilini saxlamağa çalışıblar və bu zaman atışma səsləri eşidilib. Avtomobilin sürücüsü təhlükəli manevrlər edərək polislərdən birini yerə yıxıb.

Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, avtomobil saxlanılıb. Ermənistanın hüquq-mühafizə orqanları insidentlə bağlı şərh verməyib

Bütün xəbərlər Facebook səhifəmizdə