113-cü saatda dağıntılar altından bir nəfər xilas edildi

113-cü saatda dağıntılar altından bir nəfər xilas edildi

Zəlzələlərdən zərər çəkən Türkiyənin Qaziantep şəhərinin İslahiye rayonunda binaların dağıntıları altında axtarış-xilasetmə işləri davam edir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından səs eşidən axtarış-xilasetmə qrupları 18 yaşlı Alihan Yılmazla əlaqə saxlaya bilib. Yılmaz aparılan gərgin iş nəticəsində yaralı olaraq dağıntılar altından çıxarılıb.

Zəlzələnin 113-cü saatında xilas edilən Yılmaz təcili yardımla xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə