Dağıntıdan çıxarılan 20 min nəfər başqa bölgələrə təxliyyə edildi

Dağıntıdan çıxarılan 20 min nəfər başqa bölgələrə təxliyyə edildi

Türkiyədə zəlzələ zonasında dağıntılar altından çıxarılan 20 min nəfər digər bölgələrə təxliyyə edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, dağıntı altından xilas edilən 20 min nəfər təcili müdaxilədən sonra hava, quru təcili yardım maşınları və dəniz nəqliyyatı vasitəsilə digər bölgələrə təxliyyə olunub.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə indiyədək zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə