Sabiq “povor” deyəsən, dünya gücləri ilə məzələnir?

Sabiq “povor” deyəsən, dünya gücləri ilə məzələnir?

Donbasın bütün ərazisini zəbt etmək üçün rus qoşunlarına daha il yarım və ya iki il, Dneprə çatmaq üçün isə üç il vaxt lazım ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin bildirib.

Rusiyalı iş adamı bu barədə cümə günü, fevralın 10-da “WarGonzo” media layihəsinin dərc etdiyi hərbi komandir Semyon Peqova danışıb.

Priqojin Rusiyanın xüsusi hərbi əməliyyatının bir hissəsi kimi gələcək döyüş əməliyyatlarının müddətini obyektiv qiymətləndirib.

“Əgər Dneprə getməli olsaq, üç il müddətinə. DPR, LPR bağlamaq lazımdırsa, ən azı bir il yarım və ya iki il daha işləmək lazımdır. La-Manş kanalına çatmaq lazımdırsa, deməli mənim öz ideal planım var”.

Sabiq “povor” deyəsən, dünya gücləri ilə məzələnir.

Priqojin, Rusiya Silahlı Qüvvələrinin qoşunlarının La-Manş boğazına keçməsi ilə bağlı planının dəqiq nədən ibarət olduğunu və Donetsk və Luqansk Xalq Respublikalarının bütün ərazisini nəzarət altına almaq üçün niyə bu qədər uzun çəkəcəyini açıqlamayıb. Eyni zamanda, Rusiya hakimiyyəti Donbassda xüsusi hərbi əməliyyatın tamamlanmasının konkret müddətlərini heç vaxt açıqlamayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə