ABŞ Dövlət Departamentinin silahlara nəzarət üzrə müavini Bonni Cenkins, Çinin nüvə arsenalları məsələsinə yaxın olmasının ABŞ-ı narahat etdiyini bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
“Çin hərbi və nüvə imkanlarını artırır və bu, narahatedicidir. Biz bu proseslə bağlı açıqlıq görmürük”-deyən Cenkins daha əvvəl bildirmişdi ki, Vaşinqton Rusiya ilə Strateji Silahların Azaldılması Müqaviləsi (START) üzrə danışıqların bərpasında, eləcə də strateji obyektlərdə qarşılıqlı yoxlamaların davam etdirilməsində son dərəcə maraqlıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB