Rusiyanın "xarici aget" siyahısı böyüyür...

Xarici agentlər siyahısına Dmitri Qudkov və Zemfira da əlavə edilib
Rusiyanın "xarici aget" siyahısı böyüyür...

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi xarici agentlər siyahısına müğənni Zemfira (Ramazanova), eləcə də keçmiş deputat Dmitri Qudkov və politoloq Abbas Qalyamovu daxil edib.

SİA xəbər verir ki, bu barədə nazirliyin saytındakı materiallarda deyilir.

Xarici agentlər siyahısına həmçinin jurnalist Sergey Aslanyan, fizik və jurnalist Sergey Şpilkin, Vladivostokdan olan siyasi fəal Tatyana Namazbayeva, LGBT fəalı və bloger Aleksandra Kazantseva, “Zorakılığa yox” təşkilatının təsisçisi və rəhbəri Anna Rivina daxil ediliblər.

Nazirlik açıqlamasında müğənninin açıq şəkildə Ukraynanı dəstəklədiyini, "dost olmayan" ölkələrdə konsertlər verdiyini və "xarici mənbələrdən" dəstək aldığını bildirib.

Dmitri Qudkova gəlincə, departamentin sözlərinə görə, o, Ukraynanı silahla təmin etməyə, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə çağırıb, həmçinin xarici strukturların təqdim etdiyi informasiya platformalarında ekspert və respondent kimi iştirak edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə