Moldova Prezidenti Maya Sandu yeni Baş nazir vəzifəsinə Dorin Reçanın namizədliyini irəli sürüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Moldova Prezidenti bu barədə keçirdiyi brifinqdə bəyan edib.
Sandu bildirib ki, bu mürəkkəb dövrdə Moldovanın yeni hökumətə ehtiyacı var. O vurğulayıb ki, bu dövrdə Moldova böhranla mübarizə aparmalıdır. O qeyd edib ki, yeni hökumət komandası operativ surətdə formalaşdırılacaq. Növbəti günlərdə yaxın dövr üçün gündəlik müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB