Zaxarovadan Rusiyadakı amerikalı diplomatlara ittiham

Xarici İşlər Nazirliyi ABŞ səfirliyini Rusiyada hakimiyyəti devirməyə çağırmaqda ittiham edib
Zaxarovadan Rusiyadakı amerikalı diplomatlara ittiham

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, ABŞ səfirliyini Rusiyada hakimiyyəti devirməyə çağırış etməkdə ittiham edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Zaxarova bildirib ki, bu gün Rusiyadakı amerikalı diplomatlar açıq şəkildə ölkə daxilində bu və ya digər siyasi xadimin xeyrinə kampaniya aparırlar.

Rusiya Xarici İşlər Nazirliyi səlahiyyətlisinin sözlərinə görə, onların çağırışları, sadəcə olaraq, siyasi qüvvələrə dəstək verməyə deyil, birbaşa olaraq hökumətin devrilməsinə hesablanıb.

Zaxarova, amerikalı diplomatların qrant və ya subsidiya adı altında daxildəki siyasi qüvvələrə maddi dəstək verəndə yaxalanıldıqlarını da qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə