Rus və belaruslardan ibarət "qaçqınlar komandası"..?

Rus və belaruslardan ibarət "qaçqınlar komandası"..?

Polşanın idman və turizm naziri Kamil Bortniçuk Rusiya və Belarus dissidentlərindən olan qaçqınlardan ibarət komanda yaratmaq təşəbbüsü ilə çıxış edib.

Təklif etdik ki,...bizim milli mənsubiyyəti rəhbər tutduğumuz, mövcud pasporta, kiminsə gəldiyi ölkəyə görə hər hansı ayrı-seçkiliyin olması ilə bağlı ittihamlardan qaçmaq üçün qaçqınlardan ibarət komanda yaradaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, belə bir təkliflə çıxış edən polşalı nazir, hətta bunun neytral komanda olmadığını, Putin və Lukaşenko rejiminə münasibətdə dissident olan rusların və belarusların çıxış edə biləcəyi qaçqınlar komandası olduğunu da bildirib.

Yeri gəlmişkən bir neçə gün bundan əvvəl Parisin meri Ann Hidalqo Rusiya idmançılarının Yay Olimpiya Oyunlarında iştirak etmək hüququna malik olduğunu açıqlamışdı. Amma daha sonra o, yerli idmançılara qaçqın statusunda Olimpiadada iştirak etməyi təklif etdi.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

Amma hazırda rusiyalı idmançıların turnirlərə bitərəf kimi qayıtması məsələsi qaldırılır.

Deməli, nəyəsə ümid etmək olar?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə