Argentinanın Miqrasiya Xidməti altı hamilə rus qadını ölkəyə buraxmayıb. Qeyd edək ki, onların hamısı Buenos Ayresdəki Ezeiza Beynəlxalq Hava Limanının neytral zonasındadır və çox ehtimal ki, onlar deportasiya ediləcəklər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Present Time” nəşrinə qadınlardan birinin vəkili Liliana Borisyuk danışıb.
Qeyd edək ki, Argentinada saxlanılan altı rus qadınları bu ölkəyə ayrı-ayrı vaxtlarda gəliblər. Məsələn, Cənubi Amerika ölkəsinə gələn hamilə rus qadınlardan ikisi Efiopiya Hava Yollarının reysi ilə uçub gəliblər. Özü də müşayiətsiz-filansız.
Maraqlıdır, doğum ayağında olan bu qadınların Rusiyadan çox-cox uzaqda yerləşən bu ölkədə nə azarları var?
Qeyd edək ki, Argentina tərəfini də şübhələndirən məhz elə budur. Məsələ, bundadır ki, yerli hakimiyyət səlahiyyətliləri rus qadınlarının səfərin əsl məqsədinin turizm olduğuna şübhə edir.
Hətta qadınlardan biri Argentinada doğduqdan sonra uşağını satmağı planlaşdırmaqda şübhəli bilinir.
Yeri gəlmişkən, Argentinada deportasiya ilə bağlı qərarı miqrasiya xidməti verir, lakin məhkəmədə buna etiraz da edilə bilər.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra yüzlərlə, bəlkə də minlərlə (bu barədə rəsmi məlumat yoxdur-A.B.) hamilə rus qadınları Buenos-Ayresə gəlməyə başladılar. Onu da xatırladaq ki, Argentina ilə Rusiya Federasiyası arasında vizasız rejim mövcuddur. Bundan əlavə, Argentinada doğulan uşaq avtomatik olaraq vətəndaşlıq alır. Onun valideynləri daimi yaşayış hüququna malikdirlər və onu aldıqdan dərhal sonra vətəndaşlıq üçün müraciət edə bilərlər. Rusiyalı qadınlar Argentinada həm pullu, həm də pulsuz xəstəxanalarda uşaq dünyaya gətirirlər, burada qanunla hamıya, o cümlədən əcnəbilərə tibbi xidmət göstərilir.
Necə deyərlər, məsələ aydındır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB