Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb

Dünya Bankı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa işləri üçün 1,78 milyard dollar ayırmağa qərar verib.
Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb

Dünya Bankı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa işləri üçün 1,78 milyard dollar ayırdığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bankın bəyanatında bildirilib.

"Dünya Bankı Türkiyənin cənub-şərqində və onun ətrafında böyük insan itkisi, xəsarət alma və geniş dağıntılara səbəb olan dağıdıcı zəlzələ və afterşoklardan sonra xilasetmə və bərpa işlərinə 1,78 milyard dollar ayırdığını açıqlayır”, - məlumatda deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə