Dağıntılar altından çıxarılan körpə üçün minlərlə müraciət var

Fevralın 6-da baş verən və episentri Kahramanmaraş olan zəlzələlərdən təsirlənən Suriyada yıxılan bir binanın dağıntılarının altında qalan hamilə qadının dünyaya gətirdiyi körpəni övladlığa götürmək üçün minlərlə insan müraciət edib.
Dağıntılar altından çıxarılan körpə üçün minlərlə müraciət var

Suriyanın Afrin qəsəbəsinin Cinderes yayışış məntəqəsində dağıntıların altında dünyaya gələn Aya (möcüzə) körpə xilas edildiyində hələ də anasına göbək bağı ilə bağlı olub.

Anası, atası və 4 bacısı dağıntılar altında qalaraq həyatını itirirkən sağ xilas edilən Aya hazırda xəstəxanadadır.

Balaca körpəyə baxan pediatr Hani Maruf bildirib ki, körpə xəstəxanaya çatdırıldıqda pis vəziyyətdə idi. Lakin hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, dağıntıların altından çıxarıldıqdan sonra qohumu Xəlil əl-Suvaydi adlı şəxs tərəfindən xəstəxanaya aparılan Ayanın xilas edildiyinə dair görüntülər sosial mediada rekord həddə izlənilib və minlərlə insan onu necə övladlığa götürə biləcəyi sualını ünvanlayıb.

Xəstəxana müdiri Həkim Attiah Xalidin sözlərinə görə dünyanın müxtəlif ölkələrindən Ayanı övladlığa götürmək istəyən insanlar zəng edir. Ancaq Xalidin bu tələblərə müsbət yanaşmadıqlarını, qohumları gələnə dək ona övladı kimi baxacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə