Paytaxt Kişinyovda keçirdiyi mətbuat konfransında Moldova Respublikasının baş naziri Qavrilitsa "İl yarımdan sonra baş nazir vəzifəsindən istefa verdiyimi açıqlamağın vaxtıdır" deyib. SİA zəbər verir ki, istefasının səbəbini açıqlamayan Qavrilitsa Moldova hökumətinin bu müddət ərzində korrupsiya ilə mübarizə və Avropa Birliyinə inteqrasiya yolu tutduğunu bildirib.
Moldova prezidenti Maya Sandu da Facebook hesabında "Baş nazir Natalya Qavrilitsanın istefasını nəzərə aldığını yazıb. Bütün bu böhranlarda ölkəni idarə etmək üçün göstərdiyi fədakarlıq və səylərə görə ona çox minnətdaram" deyib.
Sandu qanuni prosesə uyğun olaraq Moldova parlamentindəki siyasi partiyalarla məsləhətləşəcəyini və gələcəkdə yeni baş nazir namizədini xəbərdar edəcəyini bildirib.
2009-cu ildə Moldova İqtisadiyyat naziri vəzifəsində çalışan Natalya Qavrilitsa 2013-2014-cü illərdə Təhsil Nazirliyində məsləhətçi vəzifəsində çalışıb.
Qavrilitsa 2019-cu ildə prezident Maya Sandunun baş nazirliyi dövründə maliyyə naziri vəzifəsində çalışıb.
Moldova Parlamenti 6 avqust 2021-ci ildə prezident Sandu tərəfindən baş nazir vəzifəsinə təklif edilən Natalya Qavrilitsanın namizədliyini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB