SİA-nın “Qovorit Moskva”ya istinad edərək verdiyi məlumata görə, Qırğızıstan ərazisində 4,5 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Bundan əvvəl, yanvarın 27-də Qırğızıstanda 4,6 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə Qazaxıstanla sərhəd yaxınlığında baş verib. Xatırladaq ki, fevralın 6-da Türkiyə və Suriyada 7,7 bal gücündə zəlzələ baş verib. Minlərlə insan həlak olub, hələ də dağıntılar altında qalanlar var. O vaxtdan bəri xilasetmə işləri dayanmayıb. Bölgədə vaxtaşırı daha kiçik maqnitudalı yeni zəlzələlər qeydə alınır.
Müəllif: Sədaqət Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB