Türkiyənin Kahramanmaraş şəhərində uçan binanın dağıntıları altından daha bir nəfər xilas edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasetmə işçilərinin gərgin əməyi nəticəsində 100 saat sonra dağıntı altından bir qadın sağ çıxarılıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti normal qiymətləndirilir.
Diyarbakır şəhərinin Bağlar ərazisində aparılan axtarış-xilasetmə işləri də nəticə verib. Ana və oğlu 100 saat sonra dağıntıdan sağ-salamat xilas edilib. Qadın xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB