Sabiq millət vəkili zəlzələdə həlak oldu - FOTO

Sabiq millət vəkili zəlzələdə həlak oldu - FOTO

Zəlzələ nəticəsində Türkiyə Böyük Millət Məclisinin keçmiş millət vəkili Sıtkı Güvenç dağıntılar altında qalaraq həlak olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Kahramanmaraşın millət vəkili, Daxili İşlər Komissiyasının sədri Cəlaləddin Güvençin qardaşıdır.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə